İtaliya Baş naziri Mario Draqi, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron iyunun 16-da Kiyevə birgə səfər planlaşdırır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “La Stampa” qəzeti məlumat yayıb.
Qeyd edək ki, iyunun 11-də liderlərin Ukraynaya səfər etmək niyyəti barədə “Bild” qəzeti də məlumat yayıb.