Ötən gecə “İrəvan City” supermarketində yerləşən valyutadəyişmə məntəqəsinə naməlum şəxs hücum edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “shamsyan.com” saytı məlumat yayıb.
Bildirilib ki, hadisə bazar günü 22.45 radələrində Tsarav Axbyur küçəsində baş verib. Valyutadəyişmə məntəqəsinə hücum edən şəxs maskalı olub. O, işçini qumbara ilə hədələyərək kassadakı pulları verməsini tələb edib.
Qarətçi pulu aldıqdan sonra valyutadəyişmə məntəqəsindən uzaqlaşıb.
Hadisə yerinə İrəvan polisinin əməkdaşları cəlb olunub.
Verilən məlumata görə, valyutadəyişmə məntəqəsindən təxminən 4 milyon 500 min dram (9 min ABŞ dolları) oğurlanıb.