Ukraynada yetişdirilən 18 min ton qarğıdalının daşındığı “Alppila” adlı yük gəmisi bazar ertəsi İspaniyanın şimal-qərbindəki dəniz limanına çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Yükün çatdırılması yeni dəniz marşrutu, yəni Baltik dənizi vasitəsilə həyata keçirilib.
Bildirilir ki, ilk qarğıdalı partiyası qərbi Ukraynadan yük maşınları ilə Polşa və Rumıniyaya yola salındıqdan sonra Polşanın Baltik dənizindəki Svinouysçe dəniz limanında gəmiyə yüklənib.