Ukrayna hərbçiləri Donetsk vilayətinin 3 kəndini azad edib

A- A A+

“Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin 3 kəndini Rusiya qoşunlarından azad edərək cəbhə xəttində 15 km irəliləyiblər”.

NUHÇIXAN İnformasiya Agentliyi UNN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin Qruplaşması bildirib.

“Düşmən artilleriyası bir dəqiqə də susmur. Onların üstünlüyü cəzasız qalmır. Bizim hər cavabımız işğalçıya itki bahasına başa gəlir”, -məlumatda qeyd olunub.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmur, həm də tədricən irəliləyirlər: “Donetsk vilayətində 3 kənd azad edilib, cəbhə bölgəsində 15 km irəliləmişik”.

Məlumata əsasən, Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının hərbi texnikasını da məhv edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: