Hindistanda müsəlmanların evləri dağıdılır - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Hindistanda hakim Xalq Partiyasından (BJP) 2 təxribatçı məmurunun Məhəmməd peyğəmbər barəsində təhqiramiz sözlərinə etiraz edənlərin evləri dağıdılıb.
Etirazlarda iştirak edən 300 nəfər həbs olunub. Şəhərdə başlayan etirazlarla əlaqəsi olduğu iddia edilən bəzi müsəlmanların evləri dağıdılıb.
BJP sözçüsü bildirib ki, Uttar-Pradeş ştatının başçısı Yogi Adityanat şəhərdəki iğtişaşlarda iştirakda günahlandırılan insanların qanunsuz müəssisələri və evlərinin sökülməsinə göstəriş verib.
Hindistanın Rançi şəhərində ötən həftə keçirilən etiraz nümayişlərində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Digər tərəfdən, etirazlara səhnə olan Uttar-Pradeş ştatında kafir polislərin müsəlman gəncləri döydüyü görüntüləri ortaya çıxıb.
İyunun 10-da Uttar-Pradeş ştatının Saharanpur şəhərindəki polis bölməsində lentə alınan videoda 2 polisin 9 müsəlman yeniyetmə ilə pis rəftarı üzə çıxıb.
Görüntülərdə polisin gəncləri dəyənəkləri (Hindistan polisinin istifadə etdiyi bambukdan hazırlanmış uzun dəyənəklər) ilə döydüyü görünür.
Pakistan xarici işlər naziri Bilaval Bhutto Zərdari İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona üzv dövlətlərdən Hindistanda müsəlmanların həyatlarını, ləyaqətlərini, mülklərini, mədəniyyətlərini, irsini və dini azadlıqlarını qorumaq üçün səylərini artırmağı xahiş edib.