Rusiya hərbçiləri müvəqqəti işğal altında olan Krımdan Odessa bölgəsini raketlərlə vurub. Onlar sahil raket sistemindən istifadə ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Odessa Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, raket zərbələri səhər saatlarında reallaşdırılıb. Vilayətə 2 ədəd "Oniks" raketi atılıb. “Cənub” əməliyyat komandanlığının məlumatına görə isə raketlər Qara dəniz üzərində hava hücumundan müdafiə bölməsinin qüvvələri tərəfindən məhv edilib.