Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 275-i uşaq olmaqla azı 4 395 dinc sakin ölüb, 5 390 mülki şəxs isə yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi BBC-yə istinadən xəbər verir ki, bu, BMT-nin iyunun 12-dək olan məlumatıdır.
Bildirilib ki, ölüm və yaralanma hadisələri əsasən ağır artilleriya və reaktiv yaylım sistemindən açılan atəşlər, habelə raket və aviazərbələr nəticəsində baş verib.
BMT qeyd edib ki, ölənlərin və yaralananların sayı sənədləşdirilənlərdən daha çoxdur.
Xatırladaq ki, Rusiyanın Ukraynada hərbi əməliyyatları fevralın 24-də başlayıb.