Ukraynada müharibə başlayan gündən indiyə qədər 313 uşaq həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Qeyd edilib ki, iyunun 15-i səhər saatlarına olan məlumata görə, Ukraynada ölən uşaqların sayı 313-ə, yaralananları sayı isə 579-a çatıb. Bildirilib ki, ancaq bu rəqəmlər yekun deyil.