Türkiyənin "Türk Hava Yolları" milli aviaşirkəti beynəlxalq adının dəyişdirilməsi üçün ölkənin patent və ticarət markaları qurumuna müraciət edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə mətbuatı bildirir.
Şirkətin yeni qərarına əsasən, aviadaşıyıcının beynəlxalq adı "Turkish Airlines" deyil, "Türkiye Havayolları" kimi istifadə olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hökuməti ölkənin beynəlxalq adının "Turkey"dən "Türkiye" olaraq dəyişdirildiyini bildirmişdi.