Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Prezident Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlük tələbi ilə bağlı Türkiyənin haqlı narahatlıqlarını aradan qaldırmaq üçün zəruri addımların atılmasının vacibliyini bir daha vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər iki ölkədən haqlı gözləntilərinin nəticəsi olmadan, terrorizmlə mücadilədə və müdafiə sənayesinə aid əməkdaşlıq məsələsində yazılı öhdəliklər olmadan prosesdə irəliləyişə nail oluna bilməyəcəyini diqqətə çatdırıb.