Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 318 uşaq ölüb, 581 uşaq isə yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Ən çox uşaq Donetsk (297 ), Kiyev (116 nəfər), Xarkov (170), Çerniqov (68), Luqansk (53), Xerson (52), Nikolayev (48), Zaporojye (30), Sumı (17) vilayətlərində xəsarət alıb.
Bildirilib ki, Rusiya ordusunun bombardmanı nəticəsində 2000 təhsil müəssisəsinə ziyan dəyib, 208-i isə tamamilə dağılıb.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.