İraqın şimalında terrorçular tərəfindən edilən hücum nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən Türkiyə ordusunun əsgəri tibbi müdaxilələrə baxmayaraq vəfat edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Açıqlamada deyilir: “16 iyun 2022-ci il tarixində “Pəncə-Kilid” əməliyyatının baza bölgəsində terrorçular tərəfindən açılan təxribat atəşi nəticəsində qəhrəman yoldaşımız çavuş Kadir Kemik yaralanıb və dərhal xəstəxanaya çatdırılıb. Lakin, bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və o, şəhid olub.
Bizi dərin ağrı və hüznə boğan bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və millətimizə başsağlığı verir, səbir diləyirik”.