Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstanın müdafiə naziri Nikos Panagiotopoulos ilə görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüş NATO Müdafiə Nazirləri İclası çərçivəsində Brüsseldə baş tutub.
Görüş zamanı mövcud problemlərin həlli üçün kommunikasiya kanallarının açıq saxlanılması, mehriban qonşuluq münasibətlərinə, ikitərəfli və regional əməkdaşlığa diqqət yetirilməsi və mövcud problemlərin azaldılması üçün dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.