Türkiyə SQ Suriyanın şimalında 4 terrorçunu zərərsizləşdirib

A- A A+

Türkiyə silahlı qüvvələri Suriyanın şimalında terror təşkilatı YPG-nin (PKK-nın Suriya qanadı) 4 silahlısını zərərsizləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, silahlılar Türkiyə Silahlı Qüvvələrinin “Sülh bulağı” və “Fərat Qalxanı” antiterror əməliyyatları zonalarında terror aktı hazırlayırmış.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: