Bu gün Avropa Komissiyası Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı rəyini açıqlayacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, komissiya üç ölkənin namizəd statusunu alması üçün tələblərə nə qədər uyğun olub-olmaması barədə analitik hesabatlar təqdim edəcək.
Mövzu ilə bağlı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin mətbuat konfransı keçirəcəyi gözlənilir.
Qeyd edək ki, üç ölkəyə Aİ-yə üzvlüyə namizəd statusunun təqdim edilməsi ilə bağlı qərar iyunun 23-24-də məlum olacaq.