Rusiya bayrağı altında üzən gəmilər Ukrayna taxılını Suriyaya daşıyıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın "Maxar" peyk xidmətləri şirkəti məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, peyk görüntülərində may ayında Moskvanın nəzarətində olan Krımın Sevastopol limanına yanaşan və taxılla yüklənən Rusiya bayraqlı iki gəmi əks olunub.
Daha sonra həmin gəmilər Suriyada görünüb. Bu zaman gəminin lyukları açıq olub və taxıl daşımaq üçün sıraya düzülmüş yük maşınları müşahidə olunub.