İyunun 17-də səhər saatlarında Gürcüstanda zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Gürcüstanın cənubunda, azərbaycanlıların yığcam yaşadıqları Dmanisi bələdiyyəsinin Sameba kəndi yaxınlığında 4 bal gücündə olub.
Qeyd edək ki, bu bölgədə cari il fevralın 13-də 6,1, mayın 1-də isə 5,3 bal gücündə zəlzələlər qeydə alınıb. Nəticədə Kvemo Kartli-Borçalı bölgəsində azərbaycanlılar yaşayan bir neçə kəndində evlərə və sosial obyektlərə ciddi ziyan dəymişdi.