Ermənistan ordusunun generalı həbs edilib

A- A A+

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən araşdırılan cinayət işi çərçivəsində bu ölkənin Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Harutyunyan həbs edilib.

NUHÇIXAN İnformasiya Agentliyi “pastinfo.am” saytına istinadla xəbər verir ki, istintaq tədarük olunan malların qəbulu üzrə komissiyanın sədri Harutyunyanın alınması nəzərdə tutulan silahların taktiki-texniki göstəricilərinə uyğun gəlməməsi faktını tamah məqsədilə və dələduzluq yolu ilə gizlətdiyini müəyyən edib.

Bildirilib ki, bununla da o, dövlətə 524 milyon dram (təxminən 1 milyon ABŞ dolları) məbləğində ziyan vurub.

O da məlum olub ki, bu partiyadan olan və 44 günlük müharibə zamanı istifadə edilən silahlarla “döyüş tapşırıqlarını icra etmək mümkün olmayıb”.

Eyni zamanda, tədarükçü şirkətin direktoru və sahibinə qarşı ittihamlar irəli sürülüb.

Məlumatda, həmçinin korrupsiya prosesində iştirak edən digər şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində işlərin davam etdiyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: