Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərində yerləşən neft emalı zavoduna 6 raket atılıb. Daha iki raket isə istilik elektrik stansiyasına düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Poltova Hərbi Administrasiyasının rəhbəri Dmitri Lunin teleqram səhifəsində məlumat verib
Qeyd edib ki, Rusiyanın 6 raketi onsuz da işləməyən Kremençuq neft emalı zavoduna, 2 raket isə istilik elektrik stansiyasına düşüb, xoşbəxtlikdən itki olmayıb.
Dmitri Luninin sözlərinə görə, genişmiqyaslı müharibə zamanı Poltava vilayətinin bütün infrastrukturu arasında ən böyük hücumlara və dağıntılara Kremençuk neft emalı zavodu və istilik elektrik stansiyası məruz qalıb.