Yaponiyanın “Suntory Spirits” şirkətinin istehsalı olan 55 il saxlama müddətli “Yamazaki” viskisinin bir şüşəsi ABŞ-da keçirilən hərraclarda 81 milyon yenə (600 min dollara) satılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə iyunun 18-də “Sotheby's” hərrac evi məlumat yayıb.
Bildirilir ki, həmin viski bir neçə viski növünün istehsal edildiyi səmənilərin birləşməsindən hazırlanıb. Lotun təsvirində qeyd edilir ki, bu şüşə Yaponiya tarixində ən qiymətli viskidir. Satış qiymətinin gözləntiləri azı 100 min dollar ötdüyü vurğulanır.
Pandemiya ərəfəsində Yaponiyada müşahidə edilən turizm bumu fonunda bütün dünyada yapon viskisinə böyük maraq yarandığı qeyd edilir. Nəticədə yerli şirkətlər viski istehsalını artırsalar da, bir çox tanınmış viski növünün piştaxtaya çatmadan satıldığı müşahidə edilirdi.