İspaniyada meşə yanğınları 20 min hektardan çox ərazini əhatə edib

A- A A+

İspaniyanın Zamora əyalətində başlamış meşə yanğınları 20 min hektardan çox ərazini əhatə edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” qəzeti məlumat yayıb.

Yanğınsöndürənlər gecə boyu yanğını söndürmək üçün mübarizə aparıblar. Bununla belə, alov yayılmaqda davam edir. Bir sıra yaşayış məntəqələrindən sakinlərin evakuasiyası davam edir.

Ötən gün Kastiliya və Leon muxtar icmasının səlahiyyətliləri ölkənin şimal-qərbində baş verən meşə yanğını ilə əlaqədar yeddi kəndin sakinlərinin təxliyə edildiyini açıqlayıb.

Son günlər İspaniyanın əksər hissəsində kəskin istilər hökm sürür. Nəticədə meteorologiya qurumu bəzi əyalətlərdə qırmızı xəbərdarlıq elan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: