Ukrayna Ali Radası ictimai məkanlarda və KİV-lərdə Rusiya musiqisinin qadağan olunmasını nəzərdə tutan qanunu qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak “Telegram”da paylaşım edib.
Qanun Rusiya və Belarusdan Ukrayna ərazisinə kitab və nəşr məmulatlarının gətirilməsi və yayılmasına qadağanı da nəzərdə tutur.