Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail Prezidenti İsxak Hersoq arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr və bölgədə baş verən son hadisələr müzakirə olunub. Prezidentlər terrorizmə qarşı mübarizə və təhlükəsizliklə bağlı məsələlərdə dialoqda olmaq, eləcə də sülh və sabitlik naminə əməkdaşlığı davam etdirmək barədə həmrəy olduqlarını bildiriblər.
İsrail dövlətinin başçısı Türkiyənin terrorla mübarizə səylərinə görə Prezident Ərdoğana təşəkkürünü ifadə edib.