Mustafa Şəntop: Türkiyə olaraq ölkəmizdəki qaçqın və miqrantların hər cür ehtiyaclarını öz gücümüzlə qarşılamağa çalışırıq
Türkiyə olaraq ölkəmizə sığınan qaçqın və miqrantların hər cür ehtiyaclarını, xüsusilə humanitar, sosial, yaşayış və təhsil ehtiyaclarını öz gücümüzlə qarşılamağa çalışırıq. Biz bu insanların problemlərini həll etməyə çalışırıq. Türkiyə olaraq “insanlığın şərəfini, ləyaqətini, vicdanını tək olsaq da, qoruyacağıq”,- deyirik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop İstanbulda keçirilən Qlobal Parlament Konfransının açılış mərasimindəki çıxışında ifadə edib.
Türkiyə parlamentinin sədri deyib: “Biz dünyanın harasında olurlarsa olsunlar, insan ləyaqəti, məzlumlar üçün hər şeyin dərmanı olmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik. Biz qlobal miqrasiya problemi və immiqrantların problemləri üçün həll strategiyaları üçün səy göstərməyə davam edəcəyik”.
TBMM-nin sədri Mustafa Şəntop diqqətə çatdırıb ki, 10 ildir intensiv miqrasiya dalğası ilə üzləşən Türkiyə hazırda ən çox qaçqına ev sahibliyi edən ölkədir.