Prezident Rəcəb Tayyib Ərdoğan: Türkiyə son yeddi ildə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkədir
Biz son 7 ildə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkəyik. Ümid edirəm ki, tariximizin, mədəniyyətimizin, inancımızın bizə qoyduğu bu vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəyik. İkinci Dünya müharibəsindən sonra ən böyük insan axınının yaşandığı bu gün heç kim öz məsuliyyətindən qaça bilməz.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Qlobal Parlament Konfransının açılış mərasimindəki videomüraciətində ifadə edib.
Demək olar ki, hər gün Yunanıstan təhlükəsizlik qüvvələri tərəfindən təqib edilən, qarət edilən, döyülən və hətta öldürülən qaçqınların acınacaqlı vəziyyətinə şahidlik edildiyinə diqqəti çəkən Türkiyə dövlət başçısı deyib: “Əslində, miqrasiya və qaçqınlar məsələsində real yükü yüksək səslə danışan inkişaf etmiş cəmiyyətlər deyil, bizim kimi böhranlı bölgələrə qonşu olan ölkələr çəkir”.