Birləşmiş Ştatların Kaliforniya ştatının qubernatoru Cerri Braun içkilərdə istifadə olunan plastik borucuqların qadağan edilməsi haqqında fərman imzalayıb.
NUHÇIXAN “NBC Los Angeles” televiziyasının saytına istinadla xəbər verir ki, fərmanda borucuqlardan istifadə tamamilə qadağan edilmir. Yeni qaydalara görə, ofisiantlar yalnız müştərinin sifarişi ilə içkiləri plastik borucuqlarla gətirəcəklər.
Bundan əvvəl Kaliforniya ştatının San-Fransisko və Vaşinqton ştatının Sietl şəhərlərində plastik borucuqlardan tamamilə imtina edilib. Hakimiyyət dairələri bu addımı okeanın çirklənməsinin qarşısını almaq üçün plastik maddələrin istehlakını azaltmaq məqsədilə atırlar. ABŞ-ın Milli Parklar Xidmətinin hesablamalarına görə, amerikalıları hər gün 500 milyona yaxın plastik borucuqdan istifadə edirlər.