“YouTube” təxribatçı videolarla populyarlıq qazanan Rusiyalı “jurnalist” Semyon Peqovun “WarGonzo” səhifəsini bağlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səhifə həmişəlik silinib.
Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.