Yaponiya Aerokosmik Məkanın Öyrənilməsi Agentliyi (JAXA) bildirib ki, “Hayabusa-2” kosmik zondu Ryuqu asteroidinə iki ədəd robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib.
NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, JAXA-nın məlumatına görə, şənbə günü Yerə göndəriləcək fotolar “MINERVA-II-1” nəqliyyat vasitələrinin asteroidə uğurla endiyini təsdiq edəcək.
Agentliyin nümayəndələri nəqliyyat vasitələrinin cümə günü, “Hayabusa-2” 20 min metr hündürlükdən enərək, asteroidin səthinə 55 metrədək yaxınlaşdıqdan sonra göndərildiyini bildiriblər.
Nəqliyyat vasitələrinin asteroidə göndərilməsində məqsəd həm sınaqların keçirilməsi, həm də onun səthindən fotoların çəkilərək Yerə göndərilməsidir. Asteroidə növbəti robotlaşdırılmış nəqliyyat vasitələrinin oktyabrda göndərilməsi planlaşdırılır. “Hayabusa-2” kosmik zondunun göyərtəsində daha iki nəqliyyat vasitəsinin olduğu bildirilir.