Bir neçə ölkə Bosniya və Herseqovinanın Aİ üzvlüyünə namizədlik statusunun verilməsi üçün dəstək olub

A- A A+

Bir neçə ölkə Bosniya və Herseqovinanın Avropa İttifaqına (Aİ) üzvlüyünə namizədlik statusunun verilməsi üçün dəstək olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sloveniyanın Bosniya və Herseqovinanın ilkin şərt olmadan Aİ üzvlüyünə namizədlik statusunun verilməsi ilə bağlı təşəbbüsünü Macarıstan, Xorvatiya və Polşa da dəstəkləyib.

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna və Moldova ilə yanaşı, Bosniya və Herseqovinaya da Aİ üzvlüyünə namizədlik statusunun verilməsi ilə bağlı çağırış edib. Xorvatiya Prezidenti Zoran Milanoviç və Polşa Prezidenti Andjey Duda da Viktor Orbanın bu çağırışını dəstəkləyiblər.

Zoran Milanoviç Ukraynanın Aİ üzlüyünə qəbulu üçün Bosniya və Herseqovinanın da birliyə üzv olmasını şərt qoyacaqlarını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: