Danimarka krallığa artan təhlükəsizlik təhdidləri fonunda F-16 qırıcılar parkını planlaşdırıldığından üç il daha çox saxlayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Morten Bodskov bildirib. NATO üzvü olan krallıq F-16 qırıcı parkını 2027-ci ilə qədər işçi vəziyyətdə saxlamaq üçün əlavə 1,1 milyard Danimarka kronu (156 milyon dollar) ayıracaq.
2016-cı ildə Danimarka ABŞ tərəfi ilə 2024-cü ildə mövcud F-16 qırıcılarının əvəz edilməsi üçün “Lockheed Martin”dən beşinci nəsil F-35 Lightning qırıcılarından ibarət parkın alınması barədə razılığa gəlib.
Lakin indi təhlükəsizlik xərclərinə görə F-16-lar daha uzun müddət xidmətdə qalacaq. Danimarka Müdafiə Nazirliyi qeyd edib ki, bu qərar krallığa milli müdafiəsini gücləndirməyə və NATO-nun Baltik ölkələrdə hava məkanının qorunması kimi missiyalarında iştirak etməyə imkan verəcək.
Qeyd edək ki, bundan əvvəl Danimarka öz qoşunlarının tərkibini gücləndirmək, eləcə də yeni qoşun qruplaşmasını bir neçə yeni bazada yerləşdirmək qərarına gəlib. Bundan əlavə, krallıq 2033-cü ilə qədər 2 faiz ÜDM səviyyəsinə nail olmaq üçün müdafiə xərclərini tədricən artırmağı qarşısına məqsəd qoyub, bu, illik müdafiə xərclərinin 2,65 milyard dollardan çox artması deməkdir.