Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-Britaniya əməkdaşlığının vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmsöhbətlər müdafiə sənayesində əməkdaşlıq mövzusuna diqqət ayırıblar.
Regional proseslər, o cümlədən Ukraynadakı hadisələr müzakirə edilib. R.T.Ərdoğan taxılın Ukrayna limanlarından təhlükəsiz ixracı məsələsinin həllinin vacibliyini vurğulayıb.