Ermənistanda 50-dən çox etirazçı müxtəlif cinayət işlərində ittiham olunub.NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunur ki, aprelin 22-dən iyunun 17-dək aksiya iştirakçılarının törətdikləri müxtəlif qanun pozuntuları ilə bağlı ümumilikdə 30 cinayət işi başlanıb. 53 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 28-i bir-iki ay müddətinə həbs edilib. Daha bir vətəndaşın axtarışı elan edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, 9 şəxs barəsində 3 cinayət işi məhkəmələrə göndərilib. Həmin dövrdə polisin qanunsuz hərəkətləri ilə bağlı 46 cinayət işi açılıb. Artıq 3 istehsal dayandırılıb, 20 hesabat əsasında materiallar hazırlanır. Hələlik bu işlərdə heç kimin şübhəli və ya təqsirləndirilən şəxs statusu yoxdur.