Ukraynaya hərbi müdaxilə nəticəsində 916 uşaq Rusiyanın silahlı təcavüzünün qurbanına çevrilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən iyunun 18-dək 324 uşaq qətlə yetirilib, 592 uşaq yaralanıb. Əlavə olunub ki, bu, yekun göstərici deyil və döyüşlərin davam etdiyi, müvəqqəti işğalda olan və azad edilmiş ərazilərdə araşdırmalar davam etdirilir.
Bildirilib ki, uşaqlar ən çox Donetsk (307), Xarkov (175), Kiyev (116), Çerniqov (68), Luqansk (54) və Xerson (52) regionlarında müharibənin qurbanına çevrilib.