Əfqanıstanın Paktika və Host əyalətlərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 500 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Aljazeera" telekanalı "Taliban" hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakətdən 2 000-dən çox insan zərər çəkib.
Bundan əvvəl “Boxtar” agentliyi 1 000 ölü və 1 500 yaralı olduğunu qeyd edib. Yerli hakimiyyət orqanları daha çox ölü və yaralı ola biləcəyindən ehtiyat edir.
Əfqanıstanın Paktika, Host, Laqman, Qəzni, Lohar və Kabil əyalətlərində zəlzələ çərşənbə günü gecə 6,1 bal gücündə baş verib. “Taliban” rəhbərliyi zəlzələdən zərər çəkənlərə yardım üçün 1,1 milyon dolların (ABŞ) ayrılmasını təsdiqləyib.