Rusiyanın Ukraynada başladığı müharibə nəticəsində 338 uşaq ölüb

A- A A+

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 338 uşaq ölüb, 610 uşaq isə yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, ən çox uşaq Donetsk (335 ), Kiyev (177 nəfər), Xarkov (170), Çerniqov (68), Luqansk (55), Xerson (52), Nikolayev (48), Zaporojye (31), Sumı (17) vilayətlərində xəsarət alıb.

Məlumata görə, 4 ay ərzində 948 uşaq müharibə zamanı müxtəlif dərəcəli xəsarət alıb.

Bildirilib ki, Rusiya ordusunun bombardmanı nəticəsində 2061 təhsil müəssisəsinə ziyan dəyib, 2133 isə tamamilə dağılıb.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: