Türkiyənin Muğla bölgəsində bir neçə gündür tüğyan edən meşə yanğınlarının xeyli hissəsi söndürülüb.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişci bölgədə qurulan Yanğın Böhran Mərkəzində məlumat verib.
Nazir bildirib ki, yanğına məruz qalan meşəlik ərazilərdə soyutma işləri davam edəcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə 10 nəfərlik heyətlə Muğla bölgəsində yanğınların söndürülməsində iştirak edir.
Qeyd edək ki, Azərbaycanın “BE-200ÇS” amfibiya tipli təyyarəsi, suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə qabiliyyətinə malikdir.