Biz elə insanları itirmişik ki, günahkarların cəzalanmasını görməsək, rahat yaşaya bilməyəcəyik.
NUHÇIXAN İnformasiya Agentliyi yerli erməni mediasına istinadən bildirir ki, bunu Abaranda keçirilən növbəti mitinqdə bu il iyunun 19-da Niqavanda öldürülən Amik Mikaelyanın qardaşı Hayk Mikaelyan deyib.
Zərərçəkmiş bildirib ki, vitse-qubernator və deputatın qohumları, onların ailələri Abaranı tərk etməlidir.“Heç kimə toxunmadan, onların Abaranda yaşamağa haqqının olmadığını, Abaran sakinləri ilə eyni havanı nəfəs ala bilməyəcəyini aydınlaşdırmaq üçün addımlar atacağıq” – deyə H. Mikaelyan etirazını ifadə edib.
Onlar Abarandan çıxmasalar, mağazaya girib bir tikə çörək ala bilməyəcəklər deyən qurbanlardan birinin dayısı Avraam Mikaelyan qeyd edib ki, əgər qətlin iştirakçıları və təşkilatçıları Abaranda qalmaqda davam edərlərsə, davamlı olaraq qan töküləcək.
Xatırladaq ki, 2022-ci il iyun ayının 19-da Abaranda vilayət vitse-qubernatorunun və ölkə parlamenti deputatının yaxın qohumları baş nazir Nikol Paşinyanı təhqir etdiyi deyilən bir qrup insana “Kalaşnikov” avtomatından atəş açması nəticəsində 3 nəfər ölmüş, dörd nəfər yaralanmışdı.