Ermənistan hakimiyyəti növbəti tenderdə silah tədarük edən şirkətlərin dairəsini genişləndirməyə çalışıb.
NUHÇIXAN İnformasiya Agentliyi yerli “Hrabaraq” nəşrinə istinadən bildirir ki, 30-a yaxın şirkətə tender paketləri göndərilib.
Fakt isə budur ki, silah tədarükünə maraq azdır. Çünki silah idxalı üçün müvafiq əlaqələrə və imkanlara malik olmaq lazımdır.
Nəşri isə tenderi yenidən David Qalstyanın (Patron David) şirkətinin qazanması təəccübləndirib. Bu təəccübə səbəb isə D. Qalstyana qarşı cinayət təqibinin davam etdiyi bir vaxtda onun rəhbəri olduğu, reputasiyası şübhəli şirkətin nəinki tenderə buraxılması, hətta oradan qalib çıxmasıdır.
Xatırladaq ki, D. Qalstyanın adı Ermənistan ordusunun keyfiyyətsiz silah təchizatı ilə bağlı keçmiş müdafiə naziri David Tonoyana qarşı açılmış cinayət işində əsas şübhəlilərdən biri kimi hallanırdı.