Türkiyənin Qara dəniz sahillərinə yaxın bölgələrində güclü yağış sel və daşqınlara səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, güclü leysan nəticəsində Zonguldak şəhərinin mərkəzindəki Çaydamar dərəsi daşıb. Yamac və çay badlarının yuyulması nəticəsində avtomobillər dərələrə aşıb. Evləri, yolları sel basıb.
Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici qüvvələri təbii fəlakət bölgəsinə cəlb olunub. İndiyədək 20 fərdi evdə sakinlərin təxliyə edildiyi bildirilir.
Meteoroloqlar Anadolunun şimal-şərqində, eləcə də Ankara vilayəti bölgəsində güclü yağış sel və daşqınların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq ediblər.