Gürcüstan ərazisində yenidən zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar bu gün səhər saatlarında Dmanisi rayonunun Sameba kəndi yaxınlığında qeydə alınıb.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:49-da 4,1 bal gücündə olub.
Dmanisi bələdiyyəsində son bir neçə aydır ki, müntəzəm olaraq zəlzələ qeydə alınır. İyunun 26-da da zəif zəlzələ olmuşdu.