Ukraynanın Kremençuk şəhərinin ticarət mərkəzinə raket hücumu nəticəsində həlak olanların sayı 10-a çatıb
Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 40 nəfər isə xəsarət alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Lunin “Teleqram” səhifəsində məlumat yayıb.
Hazırda xilasetmə işləri davam etdirilir, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.