Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərinin dinc sakinlərinin Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 8 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.
"Bu gün Lisiçanskda dinc əhali tankerdən su yığarkən Rusiya hərbçiləri izdihamı “Uraqan” reaktiv yaylım atəşi sistemləri ilə atəşə tutublar. Nəticədə 8 nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb”, - o feysbukdakı hesabında yazıb.
Sergey Qayday qeyd edib ki, 16 yaralı başqa regionlardakı xəstəxanalara təxliyə olunub.