Məşhur türk aktyor Cüneyt Arkın vəfat edib

A- A A+

Türkiyənin məşhur aktyoru Cüneyt Arkın 84 yaşında vəfat edib.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-ə istinadla xəbər verir ki, aktyorla vida mərasimi bu gün keçiriləcək.

Cüneyt Arkın 1937-ci ildə anadan olub. Əsl adı Fəxrəddin Cüreklibatur olan aktyor Cüneyt Arkın adı ilə məşhurlaşıb.

Aktyor, əsasən, “Yeşilçam”ın əfsanəvi ulduzları - Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla birgə filmlərdə rol alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: