Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - rəsmi Ankaranın təmsilçisi səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iyulun 1-də Vyanada növbəti dəfə bir araya gələcəklər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Xatırladaq ki, bu Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında keçirilən 4-cü görüşdür.
Əvvəlki görüşlərin nəticəsi olaraq, xüsusi nümayəndələr prosesi heç bir şərt olmadan davam etdirməyə razı olduqlarını vurğulayıblar.