Ukrayna ordusu fevralın 24-dən bugünədək Türkiyədən 50-yə yaxın “Bayraktar” pilotsuz uçuş aparatı alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə müdafiə naziri Aleksey Reznikov “Facebook” səhifəsində məlumat yayıb.
“Təkcə fevralın 24-dən Müdafiə Nazirliyi ordumuza 50-dək “Bayraktar” pilotsuz uçuş aparatlarını istifadəyə verib. Artıq daha bir neçəsinin müqaviləsi bağlanıb və pulu Müdafiə Nazirliyi tərəfindən ödənilib. Onların iyul ayında Ukraynaya gətiriləcəyini gözləyirik”, - deyə nazir bildirib.
Reznikovun sözlərinə görə, Ukrayna daha onlarla pilotsuz uçuş aparatı sifariş edəcək.