İyunun 27-də Ermənistan parlamentinin deputatı Artur Davtyan mandatından imtina etmək barədə ərizə verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli kütləvi informasiya vasitələri parlamentin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Qeyd edək ki, Davtyan Ermənistanda hakim “Mülki müqavilə” partiyasının deputatıdır.
Əgər bir həftə müddətində ərizəsini geri götürməsə, Davtyanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə protokol tərtib ediləcək.