Avrozonada iqtisadi inam indeksi 2021-ci ilin martından bu vaxtadək ən aşağı səviyyəyə enib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa Komissiyasının açıqladığı məlumata görə, iyun ayında iqtisadi inam indeksi 105-dən 104-ə düşüb. Bu, 2021-ci ilin martından bəri qeydə alınan ən aşağı göstəricidir.
Ekspertlərin fikrincə, iqtisadi inam indeksi Rusiyadan enerji resurslarının nəqlinin kəsiləcəyi və iqtisadiyyatın tənəzzülə düçar olacağı ilə bağlı narahatlıqlar fonunda geriləyib.