Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Bayden Madriddə bir araya gəliblər.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, görüşdə prezidentləri geniş tərkibli nümayəndə heyətləri müşayiət edib.
Liderlər NATO-nun gücləndirilməsi istiqamətində atılacaq addımları, Ukrayna böhranını, eləcə də gündəlikdə olan digər məsələlər ətrafında müzakirələr aparıblar.