Türkiyənin Malatya vilayətində 4.5 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:04-də qeydə alınıb. Ocağı yerin 15.05 kilometr dərinliyində olan zəlzələnin episentri Malatyanın Hekimhan rayonudur.
Fəsadlar barədə hələ ki açıqlama verilməyib.