NATO-nun Madrid Sammitində Şimali Atlantika Alyansının 30 üzvü tərəfindən yeni strateji konsepsiya təsdiq edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənəddə “NATO-nun müdafiə alyansı olduğuna baxmayaraq, heç kəs bizim müttəfiq ərazinin hər bir qarışını müdafiə etmək, bütün müttəfiqlərin ərazilərinin suverenliyi və bütövlüyünü qorumaq və istənilən təcavüzkarı məğlub etmək üçün bizim gücümüzə və qətiyyətimizə heç kim şübhə etməməlidir”, - deyə vurğulanır.
Qeyd edək ki, sənəddə bəndlərin böyük hissəsi NATO-nun Ukraynada hərbi əməliyyatların təsiri altında qarşılaşdığı yeni reallığa həsr olunub.